




|
“Viator”-un yubileyi Müəllif: Trond Langen (2 may 2009)
“Viator” 1999-cu ildə aprelin 19-da Norveç Humanitar Müəssisəsi (NHM) tərəfindən həyata keçirilən “Gəncə Mikro Kredit Fondu” layihəsi kimi fəaliyyətə başlamışdır. 2002-ci ildə layihə ayrıca hüquqi şəxs kimi təşkil edilmişdir: 2009-cu ildə Viatorun ümumilikdə təqribən 10 000 nəfər kredit müştərisi vardır və işçilərin sayıdan asılı olaraq həttə Norveç Humanitar Müəssisəsindən də böyükdür. Viator xeyli inkişaf etmişdir: 2009-cu ilin əvvəlindən onun baş ofisdən əlavə 5 filialında ümumilikdə 87 işçi çalışır. Müştərilər arasında dövriyyədə 5 milyon dollar vardır. Bu pulun müəyyən hissəsi borc götürülür, lakin onun əksər hissəsi Norveç dövlət agentliyi olan NORAD-ın və ya Viatorun Norveç təsisçisinin töhfəsi, eləcə də törəmə kapitaldır. Müştərilər də çoxdur: Əgər biz bütün keçmiş və indiki müştəriləri bir yerə toplamalı olsaydıq, bizə futbol stadionu icarəyə götürmək lazım gələrdi! Onların hər birinin ailəsi var, buna görə də Viatordan alınan kreditlər hesabına öz yaşayışlarının yaxşılaşdırılmasında köməklik göstərilən insanların sayı çoxdur. Onlardan çoxuna bu kreditlər vasitəsilə yaşayışlarını daha da yaxşılaşdırmaqda yardım edilmişdir. Böyük və cavabı olmayan sual əlbəttə ki, bu kiçik kreditlərin nə qədər iş imkanlarının yaradılmasına töhfə vermiş olmasıdır. Tələb böyükdür və kapital – yaxud kapitalın olmaması – məhdudlaşdırıcı amildir. Viator daha çox insana yardım etmək və öz növbəsində, daha çox iş imkanları yaratmaq məqsədilə daim yeni investorlar axtarışındadır. Təntənəli yubiley tədbirləri Adı günlarına qaytmaq Bununla belə, Viator yenə də öz işinə davam edir! Qismən maliyyə böhranı ilə əlaqədar olaraq, müştərilərin tələbləri artmaqdadır və bu, Viatorun rəqibləri üçün diqqətə layiqdir. Son vaxtlar ölkənin səlahiyyətli orqanlarının nümayəndələri ilə bir sıra görüşlər keçirilmişdir. Viator Mikro Kredit Azərbaycanın Norveç təsisçisi Viator AS öz statusu ilə bağlı qərar qəbul etməlidir: Onun Azərbaycandakı mikro kredit təşkilatı humanitar fond olmalıdır, yoxsa kommersiya təşkilatı? Suallar çoxdur, qərar qəbul etmək üçün isə vaxt çox azdır. Viatorun işçi heyətindən soruşsaq bir səslə cavab verib deyirlər: “Müştərilərin ehtiyaclarını ödəyə bilmək üçün onlara kiçik kreditlərin verilməsini davam etdirmək istəyirik!” |

|
Veteranlar: Adil, Elmira və Zərifə tort kəsirlər. (Foto: Jon Petter Feidal) |
|
Viatorun məsləhətçisi Trond Langen yubiley tədbirində çıxış edir. ( Foto: Naila Fərzəliyeva) |
|
Yubiley tortu. Viatorun şarı qalxmağa davam edir!(Foto: Jon Petter Feidal) |
|
Ev |
|
NHM haqqında |
|
Əlaqəmiz |
|
Proqramlar |
|
Şəkil qaleriyası |
|
Azərbaycan haqqında |
|
Qafqaz dağında Liderlik təlimi. Trond Langen 03.06.09 - İdarədən və gündəlik həyatdan kənara çıxmağın özü tətil kimidir. Danışan Mayıl Nağdıyevdir. O Viatorun Gəncə ofisində kredit meneceridir və may ayının sonunda, Şimali-qərbi Azərbaycanda keçirilmiş liderlik təliminin 24 iştirakçısından biridir. Buludlar çəkildikdə Mayıl və digər iştirakçılar gördülər ki, təlim keçirilən mehmanxana Böyük Qafqaz silsiləsinin 3000 metrlik hündürlük hüdudundan o qədər də uzaq deyil.
Liderliyin inkişafı uzun müddət NHM və Viator arasında müzakirə obyekti idi. Beləcə, çoxu lider olan əsas əməkdaşlar üçün hazırlanmış 3 günlük təlim kursu ümumi cəhd idi. İnsan Resurslarının İnkişaf Proqramının (İRİP) məsləhətçisi Rut İnqrid Bö yaz aylarını təlim materialını hazırlanmasına həsr etdi və İRİP –in proqram meneceri Azad Rəhimov isə bu təlimi tədris etdi.
Etika haqqında həyəcanlı müzakirələr - Viatorun Gəncədəki baş ofisinin mühasibi Ruslan Qarayevin dediyinə görə, təlim zamanı çoxlu maraqlı mövzular var idi, lakin etika haqqında fəsil ən maraqlısı idi. Bunun əsas səbəbi odur ki, etika biz gördüklərimizin əsasını təşkil edir.
- Mən NHM–in əməkdaşları ilə ofisdə görüşmüşdüm, lakin layihələrdə işləyən əməkdaşlarla tanış deyildim - Ruslan deyir. Onları bir araya gətirmək üçün çoxlu imkan mövcud idi: həm qrup tapşırıqları vasitəsilə, həm yemək zamanı, həm futbol oynayarkən, və eləcə heç də az rol oynamayan “mafiya” oyunu zamanı.
Ellada Xəlilova, NHM-in mühasibi təlimdə iştirak edən az saylı xanımlardan biri idi. O qrup tapşırıqlarını xüsusilə qiymətləndirirdi. Təlim ona özünü tanımağa imkan verdi və yeni ideyalar bəxş etdi.
- Əlavə olaraq, mənə verilmiş tapşırıqdan çox xoşum gəldi, deyə o gülümsəyir, çünki təlimin rəhbəri Azad onu maliyyə işləri üzrə məsul şəxs kimi seçmişdir. Məşğələlərə gecikən və telefonunun zəngini sondürməyi unudan hər bir şəxs cərimə olunurdu. Bunun nəticəsində təlim zamanı kifayət qədər pul yığıldı. Mənzər İsmayılova, NHM-in “Gate-keeping” layihəsinin layihə asistenti kimi çox xoşbəxt idi, çunki yiğilmiş cərimə onun layihəsinə verildi. Kifayət qədər çox olan pul vəsaiti bir müddət uşaq evlərində qalmış, indi isə ailələrinə qayıtmış fiziki və əqli çətinliklərə məxsus uşaqlar üçün idi.
|