Ev

NHM haqqında

Əlaqəmiz

Proqramlar

Xəbərlər

Şəkil qaleriyası

Azərbaycan haqqında

Ïîäïèñü:

NHM haqqında

NHM

Norveç Humanitar Müəssisəsi (NHM) Norveç təsisçisi tərəfindən 1996-cı ildə Azərbaycanda özəl, beynəlxalq humanitar təşkilat kimi qey-diyyatdan keçmişdir. Təsisçi, Britaniya partnyor agentliyi olan “Global Care” vasitəsilə Azərbaycanda artıq 1994-cü ildən qaçqınlara yardım göstərərək fəaliyyətə başladı.

NHM, Nazirlər Kabinetinin nəzdində olan Humanitar Yardım Komissiyasının himayəsi altında, Norveç Səfirliyi, Norveç şirkətləri və bir çox digər beynəlxalq humanitar təşkilatlarla sıx əməkdaşlıq edərək fəaliyyət göstərir.

Müəssisənin fəaliyyətinin əsas məqsədi Sovet İttifaqının dağılmasından sonra pisləşən və daha sonra Dağlıq Qarabağ müharibəsinin nəticəsində ağırlaşan iqtisadi vəziyyətdə yardıma ehtiyacı olan insanlara ümid vermək və onları davamlı dəstəklə təmin etməkdir.  Uzun müddət davam edən müharibənin nəticəsində yalnız təxminən 1 milyona yaxın qaçqın və məcburi köçgün olan insanların deyil, 8,
3 milyonluq əhalinin böyük hissəsinin köməyə - evə, təhsilə, sosial dəstəyə, işə və digər humanitar yardıma ehtiyacı var.  

NHM-in məqsədi insanlara həyatlarını qurmağa yardım etməkdir. Bu cəhətdən iş imkanlarının yaradılması və insanların öz imkanlarını və bacarıqlarını istifadə edə bilmələri üçün layihələrin təşkili əsas üstünlük verilən məsələlərdəndir.