Ïîäïèñü:

Mədəniyyət Programı

Ïîäïèñü: Mədəniyyət proqramın layihələri:

İfaçılıq Sənəti Layihəsi

Əlaqə: Proqram meneceri

NHM, indiki keçid dövründə həyatlarında bir çox pro-blemlərlə qarşılaşan cəmiyyətin iri kütlələrinin ifaçılıq sənətindən faydalana bilmələrini təmin etmək, incəsənət növlərinin gələcəkdə inkişafına yardım etmək, həmçinin keçmiş nəsillərdən bizə yadigar qalan ifaçılıq sənəti növlərinin qorunmasında yaxından iştirak etmək arzu-sundadır. Şəki Musiqi Ansamblı və Gəncə Kamera Orkestri kimi köhnə partnyorlara dəstək davam edəcək.

Layihə müddəti: 1/2008—12/2010

“Udi Mədəniyyətinə Dəstək” Qrant Sxemi

Əlaqə: Proqram meneceri

Udi xalqı Azərbaycanda yaşayan və davamlı mövcud-luğu üçün özül yaratmağa çalışan etnik azlıqlardandır.   Azərbaycan müstəqillik qazandıqdan sonra çox saylı Udilər ölkəni tərk etmişlər, bu baxımdam da qədim, unikal adətlərin və mədəniyyətin yox olmasının qarşı-sını almaq üçün hökumət və NHM kimi təşkilatların dəstəyi çox vacibdir. NHM 2008-ci ildə udi—azər-baycan—rus üç dilli lüğətin nəşrinə (2009-cu ildə çapa veriləcək), Qəbələ rayonunun Nic kəndində kənd kilsəsinin yanında yeni qeydiyyatdan keçmiş Alban—Udi Xristian İcması (AUXİ) üçün bina tikintisinə sponsorluq etməklə bu dəstəyi göstərib. 1 yanvar 2009-da təzə yaradılmış qrant sxemisinda AUXİ ilə birlikdə udilərin daha bir QHT, ”Orain”, daxil olub. İndiki planlara əsasən qrant sxemi 3 il davam edəcək.

Layihə müddəti: 1/2009—12/2011

Mədəniyyəti Mübadilə Sxemi

Əlaqə: Proqram meneceri

Bu sxemin vasitəsilə, NHM-si 2 xalq Azərbaycan və Norveç arasındakı mədəni mübadiləni irəli sürür. Biz inanırıq ki, bu cür əlaqə bizim perspektivlərin ikitərəfli inkişafı və genişlənməsi üçün əhəmiyyət kəsb edir. NHM-si layihələrlə əlaqəsi olan, nəzarətçilər və məsləhətçilər, müntəzəm olaraq Norveçdən xeyli sayda turistlər, qonaqlar qəbul edir. Başqa tərəfdən Azərbaycandan da tez—tez layihələrlə bağlı nümayəndə heyəti və, mədəni mübadilə Sxemi hər iki ehtiyaclara xidmət etmək üçün Norveçə səfər edilər.

 

Sxemin müddəti: 2008—?

Nəşriyyat Layihəsi

Əlaqə: Proqram Meneceri

Çap edilmiş söz xalqın mədəniyyətinin ifadəliliyinin və tanınmasının mühüm aspektidir. Bu, xüsusilə Kiril əlifbasından Latın əlifbasına hələ də keçid prosesində olan Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb edir. NHM əhali arasında yardıma ehtiyacı olanlara və etnik azlıqlara üstünlük verərək bu prosesi dəstəkləyir.

NHM

Mədəniyyət Proqramı

Proqram meneceri:  Liv Gjerde   (liv.gjerde@nhe-az.org)

Proqramın məqsədi:

1. NHM-in fəaliyyət göstərdiyi ərazilərdə, xüsusilə Gəncə və Şəki şəhərlərində və onlar-ın ətraf ərazilərində mədəniyyətin inkişa-fına dəstək;

2. Yeni mədəni isti-qamətlərə və fəaliy-yətlərə təkan vermək;

3. Azərbaycan və Norveç arasında mədəni mü-badiləyə yardım etmək; 

4. Partnyorların davamlı olmalarına və özlərini öz imkanları ilə maliy-yələşdirmələrinə, xari-ci maliyyələşdirmə və dövlət dəstəyindən az asılı olmalarına yar-dım etmək; 

5. NHM tərəfindən həyata keçirilən digər proqramlar vasitəsilə yaradılmış fəaliyyətlər və əlaqələrin köməyi ilə həyatın bütün as-pektlərinin ayrılmaz hissəsi kimi mədəniy-yətin fəal inkişafına təkan vermək; (Uşaq-lar və Gənclər Pro-qramı, Kənd Təsər-rüfatı Proqramı, İn-san Resurslarının İnkişaf Proqramı). 

Ïîäïèñü: