

|
Ev |
|
NHM haqqında |
|
Əlaqəmiz |
|
Proqramlar |
|
Xəbərlər |
|
Şəkil qaleriyası |
|
Azərbaycan haqqında |

|
Xəbərlər |

|
NHM |

|
Gəncə Demo Təsərrüfatında işıq var!
Müəllifi: Tərye Holmedal (17 noyabr 2008)
Faqan Ağayev Az Nor Aqro vəzifəsindədir, və bu həmin Demo təsərrüfatı Norveç əmanətçiləri tərəfindən Gəncədə, Azərbaycanın qərb bölgəsində təsdiqlənmişdir. Demo təsərrüfatı bu yaxınlarda elektrik xətti aldı. Fəqan deyir ki, AzNor Agro üçün bu cür üstünluyü var: 1. Torpağın sənədlərinin qanuni sahibkarlarla köçürülməsi, 2. Elektrik əlaqəsinin təchizatları, və 3. Bir çox torpağın alınması. O, daha əlavə 2 hektar ərazinin alınması üzərində çalışırdı.
Çox su Sentyabr ayında quyu qazma diqqət mərkəzində durub. İcarəyə götürülmüş burğu qazıntı işləri aparan zaman suyunu 100—200 meter dərinliyində tapildı. Nasos, kabellər və borular alınıb ki, işiq qələn kimi qoşulmaya hazır olsun. Böyük bir sevincdir ki, biz elektrik almışıq, Fəqan deyir, bu çox cetin bir məsəslə idi. O çox çalışmalı idi ki, xüsusən burada işləyən şəxs üçün əlverişli olsun. Hal-hazırda su təchizatı əmlakı tamamilə mövcuddur. Demo Təsərrüfatının əsas işi Fəqan Ağayev tərəfindən idarə olunmur. O, Gəncədə yaşayır, və NHM-nin Kənd Təsərrüfatının Program Meneceridir. |
|
NorAz və AzNor Bir zamanlar NorAz Agro sərmayənın əsası Norveçdə qoyulmuşdu. Bir çox səhmdarların Norveçdəki Tomb Kənd təsərrüfatı məktəbi ilə əlaqələri var Digər Norveç şirkətləri ilə birgə, Viator MMC, AzNor Agronun sahibkarı bu şirkətə sərmayə qoyur. Fəqan Ağayevin də həmçinin bir neçə fikirləri var. |
|
Ad günün mübarək, Cavid! Müəllif: Jon Petter Feidal (6 yanvar.2009) 2009-cu ilin birinci bazaar gününda təşkilatın ən təcübəli işçilardan biri olan Cavid Nabiyev öz 50-ci yübileyasını qeyd etdi. O, “Amar” restoranına çatan kimi elə bilirdi ki, kiçik bir ailəvi kimi bir süfrə olacaq, lakin qapını açan kimi təxminən 40 alqışlıyan dost, qohum və iş yoldaşları görəndə çox tərcüblənib! Əziz iş yoldaşımıza ÇOX SAĞ OL deyirik—ad günün mübarək, Cavid! |

|
Bakı, 8 yanvar, 2009: NHM-nin Bakıdakı baş idarəsində olan işçilərdə—Dəmir, Emil, Ağasif, Samirə, Vüsalə, Esmira və Ellada (Cavid və Hayat şəkildə deyildir): 2009-cu ili üçün bütün dostlara və əməkdaşlara xoş arzular! (Foto: Jon Petter Feidal) |
|
Yuxarı və soldan: Ellada, Vüsalə, Ceni, Esmira, Jon Petter və Arifə (şəkil çəkdirəndə Yusif yoxdur). Oturandə Cavid və onun ailəsi. (Foto: Jon Petter Feidal) |
|
Knarvik Kollecdən 35 000 Manat! Müəllif: Tərye Holmedal (20 aprel 2009) Annelis Holmedal (solda) üzündə böyük bir gülüşlə deyir: “Bu cür qonaqları qəbul etmək inanılmaz dərəcədə ilham verir.” Artıq altıncı ildir ki, Norveçin Berqen şəhərinin yaxınlığında olan Knarvik Kollec – dən Azərbaycana nümayəndə heyəti gəlir və onlar yenə də külli miqdarda maliyyə vəsaitinə malik çek gətiriblər.
Annelis Holmedal NHM –in Uşaqlar və Gənclər Proqramı üçün proqram məsləhətçisi-dir. O, Şəki Peşə Təlim Mərkəzinin layihə meneceri Liv Yərde ilə birlikdə Knarvik tələbələri, Marit Hellestveyt (soldan üçüncü) və Marta Rolland Yakobsendən (sağda) çek aldılar. Knarvik məktəbinin direktoru İnqe Alver və onun həyat yoldaşı bu dəfə tələbələrlə birlikdə gəlmişdilər. Onun, Norveçin Hordaland bölgəsində olan bu ictimai məktəbdə keçirilmiş kampaniyanın nəticələri ilə qurur duymağa haqqı var. Artıq 6 ildən bəridir ki, bu məktəbin tələbələri NHM – in uşaqlarla apardığı fəaliyyəti üçün külli miqdarda vəsait toplamışlar. Cənab Alver deyir: “Mənim düşünməyə yaxşı əsaslarım var ki, bu altı il ərzində davam edən kompaniya ərzində toplanacaq vəsait indi sizə bu gün təqdim etdiyimizdən çekdən daha çox olacaq, çünki bu bizim təyyarəyə minənə qədər yığılan məbləğdir!” Knarvik Highschool-dan olan nümayəndə heyəti onlara tərcüməçilik və bələdçilik edən Liv Yərde ilə birlikdə Azərbaycanın bölgələrinə baş çəkmişlər və onların dəstəklədiyi layihə tərəfindən görülən işlərin yerinə yetirildiyinin şahidi olmuşlar. Bir daha, sizin dəyərli dəstəyinizə görə MİNNƏTDARIQ! Bu Knarvikdən olan maliyyə dəstəyinin ümumi dəyərini 1 milyon Norveç Kronundan artıq bir məbləğə yaxınlaşdırır. |

|
Azərbaycanda olan həsr olunmuş liderlər. Tərye Holmedal 13.06.09 Azad Rəhimovu razı salan məsələlərdən biri də müzakirələr zamanı iştirakçıların göstərdikləri həsr olunma idi. O və Rut İnqrid Bö bu yaxında NHM və Viatorun əməkdaşları üçün ilk liderlik təlimini həyata keçirmişlər. Onların hər ikisi təlim materialının kurs iştirakçıları üçün uyğun olub-olmayacağından narahat idilər, çünki materil azərbaycanlılar tərəfindən hazırlanmamışdı. Adı çəkilən ilk liderlik təlim kursu 27 – 29 May tarixində NHM və Viatorun 24 iştirakçısı üçün keçirilmişdir. Topun oyuna daxil edilməsi. “Biz ümid edirik ki, təlim buna bənzər tədbirlərin birincisidir”, Rut İnqrid Bö və Azad Rəhimovun NHM-in internet səhifəsinə belə açıqlama vermişlər. onların təlimi keçirilməsində olan məqsədləri topun oyuna daxil edilməsi, prosesin başlanması idi. Rut İnqrid Bö deyir: - “Ümid edirik ki, NHM və Viatorun liderləri üçün hazırlanmış bu tədbirlər onlara öz təcrübələrini, həm nailiyyətlərini, həm də uğursuzluqlarını, özüdə imicini itirmək qorxusu olmadan, bölüşmək üçün açıq və səmimi bir yer olacaqdır.” Biz eləcə də liderlik rolu ilə bağlı həm ümumi olaraq, həm də daha spesifik iş etikası haqqında müzakirələrin keçirilməsini istəyirik. Digər məqsəd, liderlərin inkişaf etmələrini görməkdir. Ilk liderlik kursu iştirakçılara daha sonar inkişaf etdirilə biləcək liderlik xüsusiyyətləri haqqında məlumat vermək xarakteri daşıyırdı.
Həsr olunma səviyyəsinin yaratdığı təəccüb. - Kurs sizin gözlədiyiniz kimi keçdimi? “Bizi təəcübləndirən ən böyük məsələ iştirakçıların göstərdikləri həsr olunma səviyyəsi idi”. Azad Rəhimov və Rut İnqrid Bö həm plenumda, həm də məşğələlərdə göstərilən iştirak səviyyəsindən razıdırlar. “düzdür şəxsi münasibətlərin yaranmasında o qədər də nailiyyət əldə etmədik, lakin biz bunu birinci təlim zamanı o qədər də gözləmirdik”. Buna baxmayaraq qrupun bəzi nümayəndələri tərəfindən göstərilmiş canlı iştirak bizi çox yaxşı mənada təəccübləndirdi. əlavə olaraq biz fikirləşirik ki, işin müəyyənləşdirilməsində yaxşı əsas qoymuşuq” deyə onlar razılaşdılar.
Canlı Cənab Rəhimov deyir ki, təlim zamanı cografi mövqeyində və keçmişində olan fərqlərə baxmayaraq iki təşkilat arasında çox yaxşı və xoş münasibət var idi. “Bu zaman çoxlu söhbət və gülüş var idi. Həmçinin də təlim otağından kənarda keçirilmiş birgə vaxt mehriban atmosferin yaranmasına kömək etdi.” Rəhimov demokratiya istiqamətinə yönələn inkişaf haqqında düşünürdü və təlim zamanı canlı müzakirələrin olmasından çox xöşbəxt idi. “biz ümid edirik ki, bu təlim materialının yaxşı olmasının əlamətidir. Fərdi söhbətlər zamanı aydın oldu ki, təlim iştirakçılarının bəzisi artıq öz liderlik üsullarında müəyyən məsələlərin dəyişmələrinə və təkmilləşdirmələrinə qərarlıdırlar. Bu o deməkdir ki, biz istədiyimizə nail olmuşuq.” Çətinliklər - Bu ilk təlim bizim üçün buna hazır olub-olmadığımızı göstərən bir imtahan idi, deyə cənab Rəhimov və xanım Bö razılaşdılar. Pedaqoji nəzər nöqteyi nəzərdən əsas çətinlik onların müzakirə zamanı gördükləri məsələlər haqqında daha dərinə getmək idi. Xanım Bö qəbul edir ki, dil məhdudiyyətləri bu məsələdə çətinlik törədirdi və cənab Rəhimov deyir ki, təlim materialının yeni olması və onun bu materialla kifayət qədər tanış olmaması onun bu təlimi lazımı kimi izah etməsinə məhdudiyyət yaradırdı. “Eləcə də biz gördük ki, bəzi iştirakçılar sovet düşüncəsini və liderlik üsulunu dəyişmək istəmirdilər” – cənab Rəhimov deyir. “və ya bəlkə də onlar dəyişmək istəyirlər, lakin öz konservativ fikirlərindən üz döndərə bilmirlər. Bu problem daha çox yaşlı nəsilə aiddir, çünki gənc nəslin fərqli düşündüyü nəzərə çarpır.” Bu nümunə təlimdən çıxarıla bilən nəticələr. Onlar bəzi məsələlərin daha dərindən müzakirə edilməsi ehtiyacını görürlər. Təlim zamanı onlar hansı məsələlərdə daha çox danışacaqları haqqında qeydlər aparırdılar. “ ‘Emosiya’ və ‘intuisiya’ anlayışları daha yaxşı təyin edilməlidir” təlim rəhbərləri deyir. “Biz gördüyümüz nöqsanlara əsasən öz təlim kitabımıza əlavələr edəcəyik və gələn görüşümüzdə daha dərinə getməyi davam etdirəcəyik” Təlim rəhbərləri həmçinin iştirakçıların qiymətləndirmələrini ehtiyatla nəzərdən keçirəcəklər və onların yeni mövzular haqqında verdikləri məsləhət və təklidlərini nəzərə alacaqlar.
Qiymətləndirmə onu göstərdi ki, iştirakçılar kursların davam etməsini istəyirlər. Bəziləri təlimin hətta 2 – 3 gündən daha uzunmüddətli olmasını istədiklərini yazmışlar. Növbəti təlim sessiyası sentyabrın sonuna planlaşdırılmışdır. “Biz təlim kitabının 9 fəsilindən yalnız 4-ü əhatə etdiyimizə görə, davam etmək üçün kifayət qədər işimiz qalmışdır” deyə xanım Bö gülümsəyir. Təlimin sonunda iştirakçılara öyrəndiklərini necə tətbiq etmək haqqında praktiki məsləhətlər verilmişdir. Təlim rəhbərləri təlim sessiyaları arasında olan müddət zamanı istəyi olan iştirakçılarla görüşmək imkanından istifadə etmək ehtiyacını görürlər.
|
|
1 iyun Beynəlxalq Uşaqların Müdafiə günü Mənzər İsmayılova 17.06.09
Layihəmizin fəaliyyət göstərdiyi 5 rayondan; Şəki, Qax, Zaqatala, Balakən, Qəbələdən olan ailələr və biz; NHM-nin əməkdaşları, İsmayılov Mehman, Mustafayev Loğman və layihə assistenti İsmayılova Mənzər 1 iyun, Uşaqların Beynəlxalq Müdafiə Günü Balakən rayon İcra Hakimiyyəti və NHM-nin təşəbbüsü ilə Balakən rayonuna, bayram tədbirinə getdik. Balakən Rayonunda Heydər Əliyev adına parkda uşaqlar üçün çox gözəl əyləncə təşkil olunmuşdu. Burada bağça uşaqları üçün şən startlar keçirilirdi və qalib komandalara hədiyyələr təqdim olunurdu. Uşaqların bəzisi mahnı oxuyur, kimi rəsm çəkir kimdə rəqs edirdi. Parkda olan bütün əyləncələr pulsuz idi. Bizim uşaqlar da burada olan şənliyə və əyləncələrə qatılmışdılar. Onlar sanki bir başqa dünyada idilər. Əlbəttə ki, bu belə idi axı bu uşaqlar indi təkcə öz anaları ilə deyil başqa insanlarla ünsiyyətdə idilər. Onlar da cəmiyyətə qoşulmuşdular. Bizim istəyimiz də elə bu idi ki, cəmiyyət Əsabəli (USİ diaqnozlu oğlandır), Mustafakamal, Şəbinur kimi uşaqları qəbul etsin və belə uşaqların anaları öz uşağına görə cəmiyyətdən utanmamalıdırlar. Bu gözəl gündə Balakən Rayon İcra Başçısı Asif Məmmədovda bizimlə bərabər idi. O bizim uşaqlara nəvaziş göstərir və onların əyləncələrinin yaxşı keçməsi üçün çalışırdı.
Azərbaycanın bir necə televiziya kanalları və Balakən rayonunun yerli qəzeti bizim uşaqlardan Əfşandan(Şəkidən) və Orxandan (Qəbələdən) onların necə əyləndikləri barədə müsahibə aldılar. Bir sözlə bu gün uşaqlar çox gözəl gün keçirdilər. Məgər onların bu gün aldıqları xoşbəxtlik bizim bu gün ki fəaliyyətimizin bəhrəsi deyilmi? . Bu gün üçün NHM-ə və Balakən Rayon Icra Hakimiyyətinə həm öz adımızdan həm də valideynlər adından öz minnətdarlığımızı bildiririk.
|

|
Soldan saga: Məmmədova Gülümə qızları;Gülşən və Əfşan ilə, Lətifli Əsabəli (arabada), bibisi Məhbarə və qardaşı Cavidan, Nurəddinli Şəbinur, Mustafayeva Pərvin qardaşı Orxan və bacısı Aysu, Baqqayev Mustafakamal, Nurəddinli Ceyhunə, İsmayılova Mənzər (layihə assistenti) |
|
Sağdan: Pərvin, Gülümə və qızı Gülşən, Mamedov Asif (B.R.İ.H), Orxan və bacısı Aysu, Əfşan, Əsabəli, qardaşı Cavidan və bibisi Məhbarə, Şəbinur anası Ceyhunə, Mustafakamal bacısı Mehriban, Samrat qızı Aysellə. |