Norwegian

Yardım işindən icma inkişafına doğru – NHM Azərbaycan.
NHM-ə xoş gəlmişsiniz
Norveç Humanitar Müəssisəsi fəaliyyətini müxtəlif inkişaf layihələri vasitəsilə Azərbaycan xalqına kömək etməyə həsr etmişdir. Fəaliyyətimiz və sizin göstərə biləcəyiniz kömək haqqında məlumat almaq üçün proqramlarımızın səhifələrinə baş çəkin.

Haqqımızda/Tarix

Norveç Humanitar Müəssisəsi 1996-cı ilin fevral ayında yaradılmışdır. Onun məqsədi Azərbaycanın  mədəniyyətinə və dini ənənələrinə ehtiramla yanaşmaq şərtilə yerli səlahiyyətli qurumlarla əməkdaşlıq edib ayrı-ayrı fərdlərin və cəmiyyətin  ehtiyaclarını ödəməkdır.

Norveç Humanitar Müəssisəsi ümumi həcmi təxminən yeddi milyon ABŞ dolları təşkil etmiş 40-dan artıq yekunlaşmış, və ya hələdə fəaliyyət göstərən layihələr vasitəsilə fərdlərin və icmaların, eyni zamanda ictimai və fərdi institutların ehtiyaclarının ödənilməsinə çalışır.

Norveç Humanitar Müəssisəsinin dörd Proqramında: Uşaq və Gənclər Proqramında, Mədəniyyət Proqramında, Kənd Təsərrüfatı Proqramında və İnsan Resurslarının İnkişafı Proqramında təxminən 40 yerli və 10 xarici, Norveç, Finlandiya, Kanada və ABŞ-dan olan işçi çalışır. 1996 –ci ildən etibarən Norveç Humanitar Müəssisəsində Norveç Krallığından 70-dən artıq uzun müddətli, təxminən 450 qısa müddət çalışmış işçı və fəaliyyətimizi dəstəkləyən donorları təmsil etmiş çoxsaylı nümayəndə fəaliyyət göstərmişdir.