Norwegian

Yardım işindən icma inkişafına doğru – NHM Azərbaycan.
İnsan Resurslarının İnkişafı Proqramı
Yeni və kiçik biznesi olan sahibkarlara bilik və bacarıqlar verməklə dəstək oluruq



Şimal-qərbi Azərbaycanda sahibkarlara biznes bilikləri və peşə təlimi ilə təmin etməklə yaxşı standartlar hazırlayırıq.


NHM-in İnsan Resurslarının İnkişafı Proqramı (İRİP) 2006-cı ildə yaradılmışdır və bu zamandan etibarən bir çox liderlik, planlaşdırma və mühasibat kurslarının keçirilməsinə nail olmuşdur. Eyni zamanda bu proqram müxtəlif icma inkişafı fəaliyyəti ilə də məşğuldur və bura icmanın resursları və ehtiyaclarını müəyyən edən 20-dən artıq icma qrupu da daxildir. 200-dən artıq gənc peşə təlimi ilə təmin edilmişdir və bundan əlavə İRİP 30-dan artıq gəncə ali təhsil və gələcəkdə daha çox təlimlər almalarını təmin etmək məqsədilə qrant vermişdir.

2007-ci ildə NHM, ATƏT and the Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə əməkdaşlıq nəticəsində İRİS Təlim Mərkəzinin əsasını qoymuşdur. İRİS Təlim Mərkəzi Azərbaycanın 20-dən artıq regionunda fəaliyyət göstərir və bu günə qədər 23-ə qədər biznes təlimçisi və 11 mühasibat üzrə təlimçi hazırlamışdır. Təlim Zamanı eləcə də “Öz biznesini başla və inkişaf etdir” və “Beynəlxalq Mühasibat Prinsipləri” təlim proqramlarını keçirmiş və bununla 3000-ə yaxın kiçik sahibkarlara təlimlər vermişdir.

İRİP-in ən son layihəsi, Ləyaqətli Həyat layihəsi 2010-cu ilin iyun ayında fəaliyyətə başlamışdır və onun əsas məqsədi ehtiyacı olan ailələrə və fərdi şəxslərə peşə təliminin alınmasında, sahibkarlıqlarının inkişaf etdirilməsində və kiçik miqyaslı istehsalın təşkil edilməsində dəstək göstərməkdir. Layihə “Finnida” və NHM-in partnyoru olan FLOM təşkilatı vasitəsilə Finlandiya höküməti tərəfindən maliyyələşir və ərazi baxımından  ümumilikdə 34 kəndi əhatə edir. Bu layihədən əvvəl reallaşmış pilot layihəsi 21 aydan artıq fəaliyyət göstərmiş və 40-dan artıq ailəyə evlərinin təmiri, ev heyvanlarının əldə edilməsi, tibbi yardım və kiçik maddi dəstəklə yardım etmişdir.    

Proqram Rəhbəri: Azad Rəhimov ( Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. )


 

Gördüyümüz işlər

Sahibkarlıq vasitəsilə sosial...

İnsan Resurslarının İnkişafı Proqramının (İRİP) rəhbəri Azad...Read More

Gələcək üçün tikili

Azərbaycanın şimal-qərb regionunda gənc sahibkar şəxsi gözəllik...Read More

Yerli liderlərin peşəkar...

İRİP-ın Təlim Mərkəzi  rəhbərlərə liderlik kursarı təklif...Read More