Kənd Təsərrüfatı Proqramı 2002 –ci ildə Azərbaycanın seçilmiş regionlarında fermerlərin müstəqil və davamlı təsərrüfatın yaratmalarına kömək etmək məqsədilə yaradılmışdır. NHM-in maliyyə dəstəyi vasitəsilə proqram Gəncədə yerləşən layihəsi çərçivəsində Gəncə və ətraf rayonlarda fermerlərin icmalarda əməkdaşlıq etmələrini ruhlandırmaqla kənd təsərrüfatının müxtəlif sektorlarının inkişaf etdirilməsinə çalışır. Proqram eyni zamanda təlim və məsləhətlər verməklə yerli resurslardan istifadəni və yeni texnologiyaların tətbiqini təbliğ edir. Hal-hazırda Gəncədə yerləşən layihə diqqətini fermerlərə təlimlərin verilməsi, icma inkişafı, süni mayalandırma, yemləmə, istixana və məhsul yığımında cəmləşdirmişdir.
Şəki Kənd Təsərrüfatının İnkişafı Layihəsi 2008-ci ildə 3 illik pilot layihəsinin nəticəsi kimi İnkişaf Əməkdaşlığı üçün Norveç Agentliyi (NORAD) tərəfindən yaradılmışdır. Layihə Şəki, Qəbələ, Qax və Oğuz regionlarında müstəqil təsərrüfatların yaradılması məqsədilə fermerlərlə iş aparır. Hal-hazırda layihə təlimlərin keçirilməsi, qadınlar arasında iş, icma inkişafı, süni mayalanma, süd və yem emalı, arıçılıq, konservləşdirmə, istixana təsərrüfatı və məhsul yığımı sahəsində fəaliyyət göstərir.
2002-ci ildən etibarən 15-dən artıq fermer birliyi və 38 fermer qrupu yaradılmış, 30 istixana təmir edilmiş, 80-dən artıq təlim keçirilmiş və 4200 –dən artıq iri buynuzlu heyvana süni mayalandırma keçirilmiş və bunun nəticəsində 1300 buzov alınmışdır. Gəncə və Şəki Kənd Təsərrüfatı layihəsindən 15,300-dən artıq fermer bəhrələnmiş, və onlardan çoxu qadın, qaçqın və məcburi köçkün, və eyni zamanda Azərbaycanda yaşayan azsaylı xalqların təmsilçisidir.
2007-ci ildə layihənin nəticəsi olan, lakin ondan müstəqil fəaliyyət göstərən AzNor Agro biznes qurumu kimi qeydiyyatdan keçmişdir. Bunun məqsədi Gəncə və ətraf rayonlarda keyfiyyətli məhsul və səmərəli kənd təsərrüfatı vasitələrini inkişaf etdirəcək təsərrüfatın yaradılması idi. Norveç krallığı və Azərbaycan arasında təlim, bacarıq, təcrübə və məlumat mübadiləsi də bu layihə vasitəsilə həyata keçirilir.
Proqram Rəhbəri: Fəqan Ağayev ( Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. )






