Mədəniyyət Proqramı 2007-ci ildə fəaliyyətə başlamasıdır, lakin NHM yaranmasının ilkin vaxtlarından mədəniyyət sahəsinə diqqət ayırmışdır. Proqram Azərbaycanda mədəni həyatın inkişafı və qorunub saxlanılması naminə xidmət edir və Azərbaycan ilə Norveç Krallığı arasında mədəniyyət mübadiləsinin genişləndirilməsinə səy göstərir.
Udi Mədəniyyətinə Dəstək Qrant Sxemi 2007-ci ildə yaradılmışdır və onun məqsədi Azərbaycanda azsaylı xalq olan Udilərin etnik dilinin və mədəniyyətlərinin qorunub saxlanması və inkişaf etdirilməsinə, eyni zamanda onların Azərbaycanın ictimai həyatında iştirak etmələrinə kömək etməkdir. 2008-ci ildə Mədəniyyət Proqramı tərkibində İfadə incəsənəti layihəsi yaradılmışdır. Bu layihənin məqsədi Gəncə Kamera Orkestri və Şəki Musiqi Ansambılı kimi yerli sənətkar qruplarını dəstəkləmək, onların çoxsaylı tamaşaçı qarşısına çıxmalarına yanaşı, nəsillər boyu qorunub saxlanmış mədəniyyəti yaşatmalarına və gələcək nəsillərə ötürmələrinə yardım etməkdir.
Mədəniyyət Proqramının ən yeni fəaliyyəti Ev Şəraitində İstehsalın İnkişafı Layihəsidir. Bu layihə yerli əl işi sənətkarlarının bazara daxil olmalarına və onları potensial müştərilərlə bir araya gətirərək öz məhsullarını reallaşdırmalarına xidmət edir. Bu yaxınlarda, Mədəniyyət Proqramı yerli sahibkara Bakıda yerləşən və “ədalətli ticarət”ə əsaslanaraq əl işlərinin satışı ilə məşğul olan “Sehrli Daxmacıq” mağazasının açılışında yardımçı olmuşdur. Bu mağazada Azərbaycanın müxtəlif regionlarından gətirilmiş məhsullar təqdim edilir.
Proqram Rəhbəri: Sinnövə Aandstad ( Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. )






