Norwegian

Yardım işindən icma inkişafına doğru – NHM Azərbaycan.
Uşaq və Gənclər Proqramı
Xüsusi ehtiyacı olan uşaqlara dəstək olur, daha yaxşı gələcəyə malik olmaları üçün çalışırıq.



Daha yaxşı gələcək üçün xüsusi ehtiyacı olan uşaqları və onların ailələrini dəstəkləyirik və texniki bacarıqlarla təmin edirik.


Uşaq və Gənclər Proqramı həssas təbəqədən olan gənclərə ləyaqət və özünü-tanıma hissinin inkişafına yardım olmağa, eyni zamanda dəstək və müdafiəyə ehtiyacı olanlara “vəkillik” xidməti göstərməyə çalışır. 

Proqram uşaqların de-institusionalizasiya olunmalarına, digər sözlə onların dövlət müəssisələrinə verilməsinin qarşısının alınması və artıq bu müəssisələrdə yaşayan uşaqların öz ailələrinə, mühitlərinə və cəmiyyətlərinə qaytarılması üçün çalışır.
Artıq 2000-ci ildən etibarən Uşaq və Gənclər Proqramı Mərdəkanda yerləşən 3 saylı Şağan Uşaq Evinin uşaqları və işçi personalına təlim və tədris proqramı, təminat və digər sahələrdə yardım etmişdir. Layihə işçiləri həftədə üç dəfə olaraq bu uşaq evinə baş çəkir və onları əlavə qida, avadanlıq və müxtəlif tipli ləvazimatla təmin edir.
Proqram eyni zamanda Azərbaycanın digər regionlarında da fəaliyyət göstərir.
Böyük Britaniya QHT-ı olan Central Asian Research and Development (CARD) və yerli QHT, Yaddaş ilə əməkdaşlıq nəticəsində Proqram Gəncə və Şəki ərazisində yüzlərlə gəncin yeni biliklərə, ingilis dili, kompüter bacarıqları, xalçaçılıq, dülgərlik, rəssamlıq, aşpazlıq və d. yiyələnmələrinə kömək etmişdir. Onlar eyni zamanda tələbələrə iş yerlərinin tapılmasında da dəstək olurlar.

Proqram Rəhbəri: Cavid Axundov ( Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. )  


 

Gördüyümüz işlər

Bakıda əlil uşaqlar üçün Resurs...

NHM qürurla qeyd edir ki, Bakıda rəsmi açılışı mart ayına...Read More

Gate-Keeping

Norveç Humanitar Müəssisəsinin “Gate-keeping” fəaliyyətiniin...Read More

Dəyişiklik edirik.

Mərdəkanda yerləşən 3 saylı internat evi uzun müddət Norveç...Read More