Norwegian

Yardım işindən icma inkişafına doğru – NHM Azərbaycan.
NHM-ə xoş gəlmişsiniz
Norveç Humanitar Müəssisəsi fəaliyyətini müxtəlif inkişaf layihələri vasitəsilə Azərbaycan xalqına kömək etməyə həsr etmişdir. Fəaliyyətimiz və sizin göstərə biləcəyiniz kömək haqqında məlumat almaq üçün proqramlarımızın səhifələrinə baş çəkin.

Direktorun məktubu

Dostluğun gerçək dəyəri 

Bir neçə həftə bundan əvvəl NHM-in Norveçli təsisçisinin beynəlxalq direktoru Azərbaycana səfər etmişdir. Bu onun Azərbaycana ilk səfəri idi və ona qısa müddət ərzində səyahət etmək üçün şərait yaradıldı və NHM-in gördüyü işlər haqqında ona məlumat verildi. Beynəlxalq direktor Azərbaycanda keçirdiyi həftədən yadigar olaraq Norveçə çoxlu təəssürat eləcə də, bəzi yeni və səmimi dostluq münasibətləri apardı. 

Düzdür, bir neçə günlük səfər zamanı ani nəzərdən əlavə heç bir məlumat almaq mümkün deyil. NHM nisbətən kiçik təşkilat olmasına baxmayaraq müxtəlif fəaliyyət sahələrini əhatə edən layihələr və qrant sxemləri vasitəsilə çox geniş fəaliyyət dairəsinə malikdir: Cəmiyyətdə bəlkə ən həssas təbəqə sayılan uşaq və gənclərə dəstək verir. Vacib mədəni ənənələrin və əl işi incəsənətinin qorunması eləcə də bunun vasitəsilə özünü təmin edən çoxsaylı sənətkarların müəyyən qismini də olsa dəstəkləyir. Bunların arasında parnik təsərrüfatı, kiçik miqyaslı balıq təsərrüfatı, məhsul istehsalı və onun təkmilləşdirilməsi, mal-qaranın süni mayalandırılması və bal istehsal edən arıçılıq təsərüfatları ilə məşğul olan fermerlərə təlim və dəstək verilməsi vardır. Peşə təlimi və yerli sənətkarlardan istifadə edərək ucqar kəndlərdə icma inkişafının dəstəklənməsi. Kiçik sahibkarlara biznes və mühasibat təlimlərinin verilməsi.

Bu siyahını davam etdirmək mümkündür. Azərbaycanda 15 ildən artıq müddət ərzində NHM-in humanitar yardım və inkişafa köməyi vasitəsilə müxtəlif yollarla dəstək almış minlərlə uşaqlar, kişilər və qadınlar haqqında düşünərkən mən qürur hissi duyuram. 

Nə üçün NHM-in dostları sırasına qoşulmayasınız? əsas prinsip odur ki, xəbərdar insanlar effektiv insanlardır! Bizim işlərimizdən xəbərdar olmağın bir yolu internet səhifəmizə (indi olduğunuz səhifə) baş çəkərək NHM mütəmadi xəbərlər toplusuna abunə olmaq. Digər imkan gördüyümüz işləri Facebook vasitəsilə izləyən çoxsaylı dostlarımıza qoşulmaqdır. Başqa bir yol, bizim fəaliyyətimizi dəstəkləməyinizdir: maddi dəstək, yaxud könüllü işçi kimi vaxtınızı, gücünüzü həsr edib və ya ehtiyacı olan insanlara qayğınızı göstərməklə dəstəkləməyinizdir. Bizə bu və ya digər yolla qoşulmağa dəvətlisiniz. Sizə dostluğun gerçək dəyərinin dadını hiss edəcəyinizə zəmanət verirəm. 

Yon Petter Feydal

Direktor